Top Section Image
AGROWESTFRUITS

Biz kimik?

“Aqrovestfruits” MMC yüksək keyfiyyətli və təravətli yaş meyvələrin istehsalı və ixracı ilə məşğul olan kənd təsərrüfatı şirkətidir.

2017-ci ilin mart ayında, uzun illər fəaliyyət göstərmiş 3 kənd təsərrüfatı şirkətinin birləşməsi nəticəsində yaradılmış MMC-miz, əvəzolunmaz təcrübə və mükəmməl innovativ yanaşma tətbiq etməklə davamlı kənd təsərrüfatı biznesi formalaşdırır.

Şirkətimiz 2025-ci ilə kimi “Aqrarco” MMC adıyla fəaliyyət göstərib, hazırda “Aqrovestfruits” MMC olaraq işini davam etdirir.​

Bizim meyvə tədarükümüzün zəncirində, meyvələrin becərilməsi, emalı, qablaşdırılması və təchizatı başlıca yer tutur.

İstəyimiz təzə-tər, keyfiyyətli meyvə məhsullarının ən inanılan təchizatçısı olmaq, yeni bazarlara çıxmaq, müştərilərimizin dəyişən ehtiyaclarına cavab verməkdir. Onların sağlam meyvələrə olan tələbatını qarşılamaq başlıca hədəfimizdir.

Əməkdaşlarımızın ardıcıl olaraq bilik və bacarıqlarının artırılması, onlara layiqli iş şəraiti təmin etmək ümdə prinsiplərimizdir.

Biz meyvəçilikdə texnoloji yeniliklərlə üstünlük verir, bu sahədəki beynəlxalq təcrübəni ölkəmizə gətiririk.

Beynəlxalq səviyyəli müştəri xidmətimizi saxlamaqla, fəaliyyətinin bütün mərhələləri şəffaf izlənilə bilən, inteqrasiya olunmuş beynəlxalq bir şirkətə çevrilmək başlıca istəyimizdir.

Dünyanın hər yerində, Vətənimizin yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz meyvələrinin dadından insanların həzz alması amalımızdır.

Bizim qazancımız müştəri məmnuniyyətidir.  

Bizim hədəfimiz biznesin hər mərhələsinin izlənilə biləcəyi beynəlxalq müştəri xidməti səviyyəsini qoruyub saxlayaraq şaquli inteqrasiya olunmuş bir şirkətə çevrilməkdir.

Qoy dünyanın hər yerindən insanlar Vətənimizin yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz meyvələrinin dadından həzz alsınlar.

Daha ətraflı
Main Image

XİDMƏTLƏRİMİZ

Müxtəlif növ xidmətlər təklif edirik

Meyvənin yetişdirilməsi
Meyvənin emalı
Meyvənin qablaşdırılması
Ünvanlara sürətli çatdırılması
Xarici bazarlara ixrac olunması
Soyuducularda saxlanması
Main Image

Main Video Image

Main page video section image

BİZİM TƏRƏFDAŞLAR

Dünya üzrə 1000-dən çox müştərinin etibarını qazanmışıq